NATO-nun Baş katibi Mark Rutte ABŞ-yə Ukraynaya hərbi dəstəyi davam etdirməklə bağlı çağırış edib və Avropanın bunun xərclərini qarşılayacağını bildirib.
7Times.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Baş katib Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan tədbirdə danışıb.
M.Rutte vurğulayıb ki, Alyans müdafiəyə daha çox sərmayə qoymalı, müdafiə sənayesinin istehsalını artırmalı və Ukraynaya yardımla bağlı xərclərin daha böyük hissəsini öz üzərinə götürməlidir.
“Ukrayna məsələsində ABŞ-nin də iştirakına ehtiyacımız var. Əgər yeni Tramp administrasiyası öz müdafiə sənaye bazasından Ukraynaya dəstəyi davam etdirməyə hazırdırsa, mən tam əminəm ki, xərcləri avropalılar ödəyəcək. Biz bunu etməyə hazır olmalıyıq. Biz səylərimizi artırmalı və Ukraynaya dəstəyi azaltmamalıyıq”, – Baş katib əlavə edib.
Follow @7timesaz