ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni dəli kimi xarakterizə edib.
Bu şərh Baydenin onu ekstremist adlandırmasına cavab olaraq verilib. Sosial şəbəkələrdə Ağ Evin 45-ci rəhbərinin cavabı gündəm olub.
Bundan əvvəl Bayden xalqa müraciətində demişdi ki, Tramp və onun “Amerikanı yenidən möhtəşəm et” (“Make America Great Again” – MAGA) hərəkatının tərəfdarları Amerikanı təhdid edən ekstremizmi təmsil edirlər.
“Kimsə Co Baydenə MAGA-nın nə demək olduğunu izah etməlidir… Əgər o, Amerikanı yenidən möhtəşəm etmək istəmirsə, o zaman qəti şəkildə Amerika Birləşmiş Ştatlarını təmsil etməməlidir. O isə sözləri, hərəkətləri və düşüncələri ilə Amerikanı yenidən möhtəşəm etmək istəmədiyini nümayiş etdirir”, – deyə Tramp reaksiya verib.
Trampın sözlərinə görə, Bayden Amerikaya qarşı təhdidlərlə dolu qəzəbli və qəribə çıxış edib.
“O [Bayden], yəqin ki, dəlidir və ya demensiyanın son mərhələsindən əziyyət çəkir”, – deyə Tramp ehtimallarını qeyd edib.
Follow @7timesaz