Dünya

“Tramp diktator olmaq istəyir” – Bayden

“Tramp diktator olmaq istəyir” – Baydenbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə diktator olmaq istəyir.

“Report” xəbər verir ki, bunu ABŞ-nin hazırkı lideri Cozef Bayden Atlantada (Corciya) seçkiqabağı tədbirdə deyib.

“O, (Tramp – red) diktator olmaq istədiyini deyəndə ona inanıram”, – Bayden deyib.

Bayden xatırladıb ki, ABŞ-nin keçmiş rəhbəri bu yaxınlarda öz klubunda “demokratiyanın işləmədiyini söyləyən” Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib. Demokrat Prezident respublikaçı Trampın Şimali Koreya lideri Kim Çen Inın “əla məktubu” haqqında danışdığı çıxışını da xatırladıb.

“Tramp (Çin Sədri) Si Szinpinə yenidən zəng etməklə öyündü. O, (Rusiya Prezidenti -red) Putinə zəng edərək (NATO-red) müttəfiqlərimizə istədiyini etməyi təklif etdi. “Mən bu sitatları uydurmuram”, – Bayden vurğulayıb.

2023-cü ilin dekabrında Tramp seçicilərlə görüşündə ABŞ-də prezident seçkilərində qalib gələcəyi təqdirdə, ölkənin “sərhədini bağladığı” “ilk gün istisna olmaqla” diktator olmayacağını vəd edib.