“Trampın ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində iştirak etməsi Ukraynaya olunan yardımları dayandıra bilər”.
“AzPolitika.info” xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “Politico”-ya müsahibəsində deyib.
“Trampın namizədliyini irəli sürməsini geosiyasi fəlakət adlılandırmaq olar. Çünki onun seçki kampaniyasındakı təsiri dağıdıcı olacaq. Bu, Trampın qorxunc ideyalarını əsas cərəyana gətirəcək və müharibə üçün Konqresin dəstəyini çətinləşdirəcək” – deyə, Rasmussen bildirib.
Rasmussen Trampın namizədliyini Ukraynadakı müharibəni sabotaj etmək cəhdi kimi qiymətləndirib.
Follow @7timesaz