ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem Fox News-un “The Ingraham Angle” proqramında ABŞ-nin səyahət qadağası tətbiq edəcəyi ölkələrlə bağlı açıqlama verib.
Kristi Noem səyahət qadağası tətbiq olunacaq ölkələrin sayını 30-dan yuaxrı çatdırmaq istədiklərini bildirib.
“Say barədə qəti bir şey deməyəcəyəm, amma bu rəqəm 30-dan çoxdur və Prezident bu ölkələri qiymətləndirməyə davam edir”, -deyə o bildirib.
Noem daha sonra deyib: “Əgər onların sabit bir hökuməti yoxdursa, özlərini təmin edə biləcək və bu şəxsləri müəyyən etməyimizə və araşdırmağımıza kömək edə biləcək bir administrasiyası yoxdursa, niyə həmin ölkədən olan insanların ABŞ-yə gəlməsinə icazə verməliyik?”.
ABŞ Daxili Təhlükəsizlik Katibi siyahıya hansı ölkələrin əlavə ediləcəyini açıqlamayıb.
Qeyd edək ki, Trampın 5 iyunda imzaladığı sərəncama əsasən, Əfqanıstan, Myanmar, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-tə səyahət etməsi qadağan edilib.
Prezident Tramp həmçinin Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına da səyahət məhdudiyyətləri tətbiq edib.
Follow @7timesaz


