Analitika

Turan ordusu bu cür yaradılır – Rus ekspert

Turan ordusu bu cür yaradılır – Rus ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin “Mülki müdafiə mexanizmi” yaratması birbaşa Turan ordusunun formalaşdırılması istiqamətində atılan addımdır.

7times xəbər verir ki, bunu rusiyalı türkoloq İvan Starodubtsev Teleqram kanalında yazıb.

O qeyd edib ki, TDT-nin sammitinin yekununda qəbul edilən sənəddə, yəni “Türk Dünyasına Baxış-2040” proqramında türk dövlətlərinin ortaq ordu yaratması istiqaməti əksini tapıb:

“Proqramda yazılıb ki, TDT-yə üzv olan ölkələr təbii və texnogen fəlakətlərin qarşısının alınması, nəticələrinin aradan qaldırılması üçün birgə tədbirlər görməlidirlər. Bu sənəd türk ölkələrinin ümumi ordu yaratması istiqamətində atılan addımdır, sadəcə ekoloji fəlakət zamanı birlik adı altında təqdim olunur”.Axar.az