İdman

Türkiyə klubu növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşdü

Türkiyə klubu növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin qadınlardan ibarət “Vakıfbank” voleybol komandası növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

7times.az “Report”a istinadla xəbər verir ki, İstanbul təmsilçisi 13 dəfə təşkil edilən klublararası dünya çempionatında 2013, 2017 və 2018-ci illərdə məğlub olmadan qızıl medal qazanıb. Bundan başqa, komanda bir dəfə 2-ci, iki dəfə isə 3-cü olub.

Türkiyə klubu dünya çempionatında ən çox medal əldə edən komanda olub.

Qeyd edək ki, “Vakıfbank” 2014-cü ildə ardıcıl 74 oyunda qələbə qazanaraq Ginnesin Rekordlar Kitabına düşmüşdü.