Ölkə

Türkiyə zəlzələnin iqtisadi nəticələrini aradan qaldıra biləcək? – Ekspert

Türkiyə zəlzələnin iqtisadi nəticələrini aradan qaldıra biləcək? – Ekspertbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qardaş Türkiyədə dəhşətli zəlzələnin baş verməsindən 1 həftə keçdi. Artıq zəlzələnin iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı müzakirələr aparılır. Aydındır ki, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə bina, o cümlədən evlər, sosial obyektlər, hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyə iqtisadi artım tempini 2.0 faiz azalda bilər”.

Bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov 7Times.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə göstərir ki, qardaş ölkə bu sınaqdan da zəifləmədən çıxacaq:

“Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35.0 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10.0 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada isə bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır.

Türkiyənin güclü olması Türk dünyasının güclü olması anlamına gəlir. Bu baxımdan, Türkiyə iqtisadiyyatının zəifləməməsi, güclənməsi, həmçinin türk dövlətlərinin inkişafı üçün də stimuldur.

Allahdan zəlzələdə dünyasını dəyişənlərə rəhmət, yaralananlara şəfa diləyirik”.

7Times.az