Türkiyədə terror qruplaşmalarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, 36 rayonda keçirilən “Gürz-8” əməliyyatı çərçivəsində ümumilikdə 222 şəxs saxlanılıb.
Əməliyyat nəticəsində, həmçinin sənədsiz tapança və ov tüfəngləri, müxtəlif valyutalar, elektron vasitələr ələ keçirilib.
A.Yerlikaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edir.
Follow @7timesaz