Ölkə

Türkiyədə xilasetmə əməliyyatları dayandırıldı

Türkiyədə xilasetmə əməliyyatları dayandırıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları dayandırılıb.

Sfera.az xəbər verir ki, bu barədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O qeyd edib ki, indi infrastrukturun bərpası üzrə işlər aparılır:

“Türkiyədə baş verən zəlzələlər ümumi sahəsi 110 min kvadrat metr olan, 14 milyon əhalinin yaşadığı 11 vilayəti əhatə edib. Təbii fəlakət zonasında binaların əksəriyyəti müxtəlif dərəcədə zərər görüb. Bu bölgələrdə zədələnməmiş binalar olsa da, orada yaşamaq qəti qadağandır”.

Qeyd edək ki, FHN xilasediciləri Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə ezam olunmuşdular.