Türkiyənin Hatay şəhərində zəlzələ nəticəsində uçan “Renaissance Residence” binasının memarı saxlanılıb.
7Times.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Hatay vilayətinin Antakya şəhərində yerləşən və zəlzələlər nəticəsində uçan “Renaissance Residence” binasının memarı Mehmet Yaşar Coşkun xaricə qaçmaq istəyərkən saxlanılıb.
Məlumata görə, 2012-ci ildə tikintisi başa çatan çoxmərtəbəli “Renaissance Residence”də 250 mənzil olub.