Dünya

Türkiyədən Rusiyaya gedən təyyarə təcili eniş etdi

Türkiyədən Rusiyaya gedən təyyarə təcili eniş etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərindən Rusiyanın şərqindəki Vladivostoka gedən “Boeing” sərnişin təyyarəsi Sibirin Krasnoyarsk şəhərində təcili eniş edib.

7Times.az xəbər verir ki, bununla bağlı məlumatı “İnterfax” yayıb.

Qeyd olunub ki, təyyarə hələlik məlum olmayan səbəbdən şəhər üzərindən uçarkən təcili enmək üçün icazə istəyib.

“Boeing 767”nin sərnişin və ekipaj üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilib.