Müğənni Hilal Cəbəcidə döş xərçəngi aşkarlanıb.
7Times.az xəbər verir ki, bu baradə 46 yaşlı müğənni instaqram hesabından açıqlama verib.
“Sağ döşümdə xərçəng hüceyrəsi aşkarlandı, qorxmayın, mən çox yaxşıyam, həmişə paylaşımlar etməyimi istəyirsiniz, amma bir az məşğulam, əməliyyat olacam keçəcək, narahat olmayın.
Xahiş edirəm döş yoxlamalarınıza laqeyd yanaşmayın ki, lap əvvəldən nələrisə müəyyən etsəniz, sağlam həyat sürərsiniz, hamınızı çox sevirəm. Hər şey əladır, musiqiyə qayıtmaq istəyəndə bu üzə çıxdı, amma yenə sizə gözəl bir mahnı ilə geri dönəcəm.
Siz də mənim kimi müntəzəm müayinələrdən keçməlisiniz. Əsəbləşəcəyinizi bilirəm, paylaşmaq fikrində deyildim, amma həkimim mənim kimi bir çox insanla danışa bilən insanların maarifləndirilməsini təklif etdi.”
Müğənni insanları maarifləndirmək üçün xəstəliyini elan etdiyini bildirib.
Follow @7timesaz