İdman

Türkiyəli qadın boksçular tarixdə ilk dəfə finalda – Tokio-2020

Türkiyəli qadın boksçular tarixdə ilk dəfə finalda – Tokio-2020backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin iki qadın boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında finala yüksəlib.

7Times.az xəbər verir ki, 51 kq-da yarışan Buse Naz Çakıroğlu Çin Taypeyini təmsil edən Huanq Hsiao-Veni yarımfinalda məğlub edib.

Busenaz Sürmeneli (68 kq) isə hindistanlı Lovlina Borqohain 5:0 hesabı ilə qalib gəlib. Çakıroğlu qızıl medal uğrunda Stoyka Krasteva (Bolqarıstan) ilə, Sürmeneli isə Gu Honqla (Çin) döyüşəcək. Hər iki qarşılaşma avqustun 7-də olacaq.

Qeyd edək ki, türkiyəli qadın boksçular tarixdə ilk dəfə olimpiadanın finalına yüksəlib.