Türkiyənin ABŞ-dakı səfiri Murat Mercan 12 yanvar 2024-cü il tarixindən etibarən vəzifəsini tərk edərək Vətənə qayıdacaq.
7Times.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Murat Mercan yaş həddi ilə əlaqədar səfir vəzifəsini tərk edir.
Ötən gün ABŞ-dakı səfirlik iqamətgahında təqaüdı çıxmağa hazırlaşan Murat Mercanın türkiyəli jurnalistlərlə vida görüşü olub.
Türkiyənin ABŞ-dakı yeni səfirinin kim olacağı hələ məlum deyil. Bir neçə ay ərzində yeni səfirin təyin olunacağı gözlənilir.
Follow @7timesaz