Türkiyənin tanınmış aktyoru Qartal Tibet vəfat edib.
7times.az xəbər verir ki, bu barədə aktyor Civan Canova İnstaqram hesabında paylaşım edib.
Qeyd edək ki, 83 yaşlı aktyor 200-ə yaxın filmə çəkilib. O ilk dəfə “Qaraoğlan” filmində rol alıb. Daha sonralar isə “Tarkan”, “Sarmaşıq gülləri”, “Boş çərçivə”, “Zanbaqlar açarkən”, “Çalıquşu” kimi filmlərə çəkilib.
Follow @7timesaz