UEFA Azərbaycan klublarına 2021/2022 mövsümündə Çempionlar Liqası və Konfrans Liqasının təsnifat mərhələsində iştirakı ilə əlaqədar ödəniş edib.
7Times.az AFFA-nın saytına istinadən xəbər verir ki, vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
“Neftçi” Çempionlar Liqasında iştirak üçün 200 min avro, “Keşlə” və “Sumqayıt” Konfrans Liqasına görə 450 min avro, “Qarabağ” isə eyni turnirə qatıldığı üçün 100 min avro alıb.
Qeyd edək ki, təmsilçilərimizdən hazırda “Qarabağ” və “Neftçi” Konfrans Liqasında mübarizəni davam etdirir.
Follow @7timesaz