UEFA Azərbaycan yığmasının Milllətlər Liqasındakı rəqibini cərimələyib.
7Times.az -ın məlumatına görə, Estoniya Futbol Assosiyasına 10000 avroluq cərimə tətbiq edilib.
Buna komandanın IV turda İsveçə evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.
Bundan əlavə, assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.
Qeyd edək ki, Estoniya V turda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
Follow @7timesaz