Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
7Times.az xəbər verir ki, o, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu çərçivəsində keçirəcək “Fola Eş” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) matçını idarə edəcək.
Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 12-də keçiriləcək “Fola Eş” – “Linfild” qarşılaşması Bakı vaxtı ilə 21:30-da başlayacaq.