UEFA “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov haqqında qərar verib.
7times.az xəbər verir ki, qurumun Nəzarət, Etik və İntizam Komitəsinin aldığı qərara əsasən, Ağdam klubunun rəsmisinin futbolla əlaqəli hər hansı fəaliyyətinə ömürlük qadağa qoyulub.
Bundan başqa, klub 100 min avro civarında cərimələnib.
Qeyd edək ki, UEFA daha əvvəl Nurlan İbrahimova qarşı “İrqçi və digər ayrı-seçkilik davranışı” və “Əsas davranış qaydalarının pozulması” maddəsi ilə intizam işi açmışdı.