Azərbaycanlı FİFA referisi Rauf Cabbarov Konfrans Liqasına təyinat alıb.
7Times.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, 2-ci təsnifat mərhələsinin “Teuta” (Albaniya) – “İnter Eskaldes” (Andorra) matçını idarə edəcək.
Cabbarova yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 22-də Albaniyanın “Niko Dovana” stadionunda keçiriləcək oyun saat 21.00-da başlayacaq.
Follow @7timesaz