İdman

UEFA Danimarka – Finlandiya matçı ilə bağlı qərarını açıqladı – YENİLƏNİB

UEFA Danimarka – Finlandiya matçı ilə bağlı qərarını açıqladı – YENİLƏNİBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AVRO-2020-nin B qrupunun Danimarka – Finlandiya matçı ilə bağlı qərar açıqlanıb.

7times.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən – 42-ci dəqiqədən davam etdiriləcək.

***21:34

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka – Finlandiya matçı təxirə salınıb.

7times.az xəbər verir ki, buna meydan sahiblərinin futbolçusu Kristian Eriksenin meydanda huşunu itirərək yerə yıxılması və təcili yardım maşını ilə xəstəxanaya aparılması səbəb olub.

*** 20:58

Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka – Finlandiya matçında xoşagəlməz hadisə baş verib.

7times.az xəbər verir ki, ilk hissənin sonlarına yaxın meydan sahiblərinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb.

Hazırda görüş dayandırılıb və meydanın içərisində yarımmüdafiəçinin müalicəsi davam etdirilir.

Qarşılaşmada hesab açılmayıb. Unikal.org