UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb. “Report”un məlumatına görə, püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib.
Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub.
İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək.
Danimarka – Portuqaliya matçında qalib gələn tərəf isə Niderland – İspaniya görüşündə qələbə qazanan yığma ilə görüşəcək.
Qeyd edək ki, qarşılaşmalar 2025-ci ilin martında keçiriləcək.
Follow @7timesaz