İdman

UEFA-nın yeni reytinqi açıqlandı

UEFA-nın yeni reytinqi açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrokuboklarda pley-off mərhələsinin ilk görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

7Times.az xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasının pley-offunda “Aberdin”i (Şotlandiya) 1:0 hesabı ilə məğlub etməsi Azərbaycana 0.250 xal qazandırıb.

0,125 xalı isə “Neftçi” İsrailin “Makkabi” (Hayfa) klubu ilə 3:3 hesablı heç-heçədən sonra ölkəmizin aktivinə yazdırıb.

Bununla da mövsüm ərzində Azərbaycanın topladığı xal sayı 1,875-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,500-ə çatıb.

Bu nəticələrdən son Azərbaycanın reytinqdə mövqeyi dəyişməyib. Ancaq 1 pillə geriləyən Sloveniya ilə xallarımız bərabərləşib. Hazırda Sloveniya və Azərbaycan 29-30-cu yerləri bölüşürlər. 31-ci pillədəki Slovakiya 14,000 xala malikdir. Xalını 14,625-ə çatdıran Polşa isə 28-ci pilləyə yüksəlib.

Qeyd edək ki, reytinq siyahısına 87.926 xalla İngiltərə başçılıq edir.