İdman

UEFA “Reyncers” – “Slaviya” matçı ilə bağlı intizam işi açdı

UEFA “Reyncers” – “Slaviya” matçı ilə bağlı intizam işi açdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Şotlandiyanın “Reyncers” və Çexiyanın “Slaviya” (Praqa) komandaları arasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçındakı insidentlərlə bağlı intizam işi açıb.

7times.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qonaq komandanın qapıçısı Ondrjey Kolarjın ağır zədə aldığı epizod və Praqa təmsilçisinin müdafiəçisi Ondrjey Kudela ilə meydan sahiblərinin yarımmüdafiəçisi Qlen Kamara arasındakı qalmaqal araşdırılacaq.

İddiaya görə, Kudela oyun vaxtı Kamaraya qarşıirqçi ifadələr işlədib. Nəticədə 34 yaşlı arxa xətt oyunçusu final fitindən sonra tuneldə naməlum şəxs tərəfindən döyülüb.

Qeyd edək ki, ilk matçda “Reyncers”lə 1:1 hesablı heç-heçə edən “Slaviya” cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.