İdman

UEFA üzvü olan 55 federasiya Super Liqaya qarşı çıxdı

UEFA üzvü olan 55 federasiya Super Liqaya qarşı çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA-ya üzv olan bütün 55 milli assosiasiya Avropa Super Liqasını qınayan bəyannamə imzalayıb.

7times.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

UEFA-ya dəstək nümayiş etdirən federasiyalar, yekdilliklə Avropa Super Liqasına qarşı çıxdıqlarını bəyan ediblər.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid), “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları Avropa Super Liqasında iştirak edəcəklərini açıqlayıb. “Real”ın prezidenti Florentino Peres Super Liqanın prezidenti, “Yuventus”dan Andrea Anyelli və “Mançester Yunayted”dən Coel Qleyzer vitse-prezidenti seçilib.