Dünya

Ukrayna böhranı Qərb liberal dünya nizamının TABUTUNA SON MİSMARI VURDU… – TƏHLİL

Ukrayna böhranı Qərb liberal dünya nizamının TABUTUNA SON MİSMARI VURDU… – TƏHLİLbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün ölkələri sonda liberal demokratiyaya aparmalı olan Qərb konsepsiyası iflasa uğradı. Bu krizis İraq böhranından başlayaraq müxtəlif böhranların təsirinə məruz qaldı, lakin son ciddi zərbəni Ukrayna məsələsi vurdu. Qloballaşmanın gücünə eyforik inam inanc böhranı ilə başa çatdı.

Moderator.az xəbər verir ki, bu sətirlər “The Daily Telegraph” nəşrindəki məqalədəndir.

“Liberal nizam iflasa uğradı. Əgər əvvəllər Qərb elitası azadlığın tərəfdarı kimi çıxış edir və özlərinə arxayın idilərsə, indi isə artıq parçalanmış, sarsıdılmış və düşüncəsiz vəziyyətdədirlər. XX əsrin böyük bir hissəsində Qərbə ilham verən ingilis-amerikan azadlıq ideyası acınacaqlı şəkildə sona çatır”, – deyə jurnalist Şerell Ceykobs “The Daily Telegraph” üçün yazdığı məqaləsində bildirir.

Bəzi NATO nümayəndələrinin ritorikasında Qərbin əvvəlki gücünün bir hissəsi hələ də görünməkdədir. Ancaq yenə də Qərb Ukraynaya kömək etməyəcəyini açıq şəkildə bəyan etdi. Beləliklə, Vaşinqton da Ukraynaya Amerika əsgərlərini göndərməyəcəyini açıqladı və artıq ora raket və döyüş təyyarələrinin göndərilməsi onsuz da gecdir.

Bütün təhdidlərinə baxmayaraq, Qərb yorğun və məğlub görünür. Onun sakinləri heç bir qarşıdurma istəmir: nə adi amerikalılar, nə də qaz təchizatından qorxan Avropa liderləri. Beləliklə, Qərb Putini və ya onunla əlaqəli olan oliqarxları layiqincə cəzalandıra bilməz, çünki bu, onun öz üzərinə götürmək istəmədiyi ağır nəticələrə gətirib çıxara bilər.

“Nəticələr təkcə Ukrayna üçün fəlakətli deyil, həm də bütün dünya üçün şok təhlükəsi yarada bilər”, – deyə məqalə müəllifi yazır. Onun sözlərinə görə, Qərb Sovet İttifaqını və nəhayət, bütün dünyanı liberal dünya nizamına inteqrasiya etməkdən ibarət aparıcı roldan tədricən imtina edir. İlk olaraq bu ideya İraqda müharibə zamanı çökdü və Ukrayna böhranı hazırda bunu yalnız təsdiqləyir.

Amma fəlakət daha dərindir. “Qloballaşmanın gücünə eyforik inam da inanc böhranı ilə başa çatdı”. İllərdir ki, sürətli mal tədarükü zəncirinin formalaşmasını yüksək qiymətləndirən Qərb pandemiya zamanı öz zəifliyini nümayiş etdirdi. Bundan əlavə, Avropa təbii ehtiyatları Rusiya kimi inkişaf etməkdə olan ölkələrdən ala biləcəyinə inanırdı, lakin sonda yalnız asılılığını artırdı.

 

Daha pisi odur ki, ola bilsin Qərb öz ideyalarına – hətta böyük iqtisadi azadlığın daha böyük siyasi azadlığa gətirib çıxaracağı ideyalarına inamını itirib. Amma Rusiyada, jurnalistin fikrincə, tam əksi baş verdi: mafioz kapitalizm qismən Qərblə əlaqələr sayəsində çiçəkləndi. Rusiya hərbi əzələlərini nümayiş etdirdiyi zaman Kreml Aİ-nin geosiyasi rol iddialarına gülür”, – deyə jurnalist qeyd edir.

Qərb Rusiyanı qlobal liberal iqtisadiyyata daxil etmək istəyirdi, amma məlum oldu ki, əksinə, Rusiya Qərb ölkələrini öz kleptokratik sisteminə daxil etməyə başlayıb. Jurnalist xüsusilə Rusiyanın Qərb şirkətlərinə investisiyalarını xatırladır. Beləliklə, onun fikrincə, çirkli rus pulları Böyük Britaniyanı sarsıdıb. Məsələn, orada ictimai əlaqələrlə məşğul olan və ya korrupsiya işlərində müttəhimləri müdafiə edən “parazit” tipli şirkətlər çiçəkləndiyi halda, Britaniyanın orta təbəqəsi əlverişli mənzillərdən məhrumdur. Jurnalist hətta Britaniya hökumətinin də Rusiya pulu ilə satın alındığını ehtimal edir.

Məqalə müəllifi xəbərdarlıq edir ki, Qərbin düşmənləri indi Ukraynaya baxırlar, ona görə də bu, Çinlə növbəti qarşıdurmaya təkan verə bilər. Amma Çin məsələsində Qərbin mövqeyi daha zəifdir, ondan daha çox asılıdır və Si administrasiyası Qərb elita və institutlarına qarşı daha aqressivdir. Belə ki, jurnalist qeyd edir ki, Çin cəsarətlə öz agentlərini Qərb siyasətçilərinin üzərinə işə salıb və Qərbin ən yaxşı universitetlərindən əqli mülkiyyət oğurlayır. Çin həm iqtisadiyyatına, həm də fövqəladə vəziyyətdə vətəndaşları idarə etmək qabiliyyətinə görə Rusiyadan güclüdür. O, Qərb dəyərlərini daxildən məhv etməyə qadirdir.

“Yalnız ümid etmək olar ki, Ukrayna fiaskosu Qərb elitasını ayıldacaq”, – deyə məqalə müəllifi yazır. İndi Avropa sıfır emissiyalı enerjiyə keçidlə məşğuldur, jurnalist bunu fəlakət adlandırır; onun fikrincə, şist qazı hasilatı texnologiyalarına və nüvə enerjisinə investisiya qoymaq daha yaxşı olardı.

Bir şeyi dəqiq bilirik: Ukrayna təkcə Rusiyanın təcavüzü və ya Qərbin gücsüzlüyünün təcrid olunmuş hekayəsi deyil. Bu, dünyanın tektonik plitələrinin hərəkətinin başlanğıcı ilə əlaqədar yalnız ilk zəlzələdir”, – deyə jurnalist fikrini yekunlaşdırır.