Almaniya kansleri Olaf Şolts Ukraynanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağını etiraf edib.
7Times.az xəbər verir ki, o bu fikri Berlində vətəndaşlarla görüş zamanı bildirib.
“Yeri gəlmişkən, o zaman müharibənin səbəblərindən biri Ukraynanın, guya, NATO-ya daxil olmaq niyyətində olması kimi göstərilirdi. Yaxın gələcəkdə belə bir şey gözlənilmir. Yəqin ki, bu, yaxın 30 ildə də baş verməyəcək, mən bunu hətta açıq elan etmişəm”, – kansler 2022-ci ilin əvvəlində Moskvaya səfərini xatırladaraq deyib.
Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayen də mayın 24-də elan edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanı öz sıralarına dəvət etmək niyyətində deyil.
Onu da bildirək ki, indiyədək Amerika rəsmiləri bir neçə dəfə açıq şəkildə bəyan ediblər ki, Kiyev Vaşinqton sammitinə alyansa qoşulmaq üçün dəvət olunmayacaq.
Sfera.az
Follow @7timesaz