Manşet

Ukrayna paytaxtında Zəfər Günü şərəfinə şou-aksiya təşkil edilib

Ukrayna paytaxtında Zəfər Günü şərəfinə şou-aksiya təşkil edilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə şou-aksiya keçirilib. 7times xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının(UAR) həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin təşəbbüsü və təşkilatçılığı ilə paytaxtın mərkəzi Klovskaya küçəsi-7 ünvanındakı inzibati binalardan birinin üzərində Azərbaycanın möhtəşəm tarixi bayramları şərəfinə lazer-şou keçirilib. Aksiya zamanı Müzəffər Ali Baş Komandan,Prezident İlham Əliyevin, Azərbaycan əsgərinin, Azərbaycan xəritəsinin, dövlət bayrağının, Şuşa məscidinin və “Xarı bülbül” rəmzinin reproduksiyaları nümayiş olunub. Aksiyada UAR-ın gənclər departamentinin əməkdaşları iştirak ediblər.. //Azerforum.com