Maqazin

Ukraynalı müğənni Rusiya vətəndaşlığı aldı

Ukraynalı müğənni Rusiya vətəndaşlığı aldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı müğənni Anna Asti (əsl adı Anna Dzyuba) Rusiya vətəndaşlığı alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Secular Chronicle” teleqram kanalı məlumat yayıb.

Dzyubanın Ukrayna vətəndaşlığından imtina edib-etmədiyi açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci ildə rusiyalı teleaparıcı Kseniya Sobçakla müsahibəsi zamanı müğənnirusiyalı iş adamı Stanislav Yurkinlə evləndikdən sonra Rusiya vətəndaşlığını almağı təxirə salmaq qərarına gəldiyini açıqlayıb.

“Rusiya pasportu ilə mən bir gün Ukraynaya gedə bilməyəcəm. Orada isə tez-tez baş çəkdiyim bütün ailəm var”, – deyə ifaçı vurğulayıb.