Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı silahlı mübarizəyə qoşulanları nəinki ölməyə, hətta öldürməyə də hazır olmağa çağırıb.
7Times.az xəbər verir ki, Zalujnının çıxışını “Ölkənin Siyasəti” “Telegram” kanalı dərc edib.
Zalujnı qeyd edib ki, münaqişə zamanı “iki vacib qərar” qəbul edilməlidir. İlk qərar “ölməkdən qorxmamaq”, yəni fədakarlığa hazır olmaqdır. O, silahlı mübarizəyə qoşulan hər kəsin belə bir qərar verməli olacağını vurğulayıb.
“Ancaq Ukrayna üçün ölmək kifayət deyil”, – deyən Zalujnı əlavə edib ki, “ikincisi isə öldürməyə hazır olmaq” lazımdır.
Follow @7timesaz