Dünya

Ukraynaya böyük həcmdə vəsait ayrılır

Ukraynaya böyük həcmdə vəsait ayrılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq donorlar Polşanın paytaxtı Varşavada keçirilən konfransda Ukraynaya dəstək məqsədi ilə 6,5 milyard dollar vəd ediblər.

BBC-nin xəbərinə görə, sözügedən vəsait ölkələr, eləcə də müxtəlif bizneslər və banklar tərəfindən ayırılacaq.
“Bu gün göstərdi ki, bizim Ukraynaya dəstəyimiz davam edir və aramızda heç bir eqoizm yoxdur”, – deyə Polşanın Baş naziri Mateuş Moravietski bağlanış nitqində deyib.
Moravietski qeyd edib ki, Ukraynanın gündəlik 12 min ton humanitar yardıma ehtiyacı var, lakin hazırda beynəlxalq səylər nəticəsində cəmi 3 min ton yardım tədarük edilir. O əlavə edib ki, beynəlxalq yardım agentlikləri Ukrayna əhalisinin təxminən 40 faizinin humanitar yardıma ehtiyac duyduğunu təxmin edir.
Konfransa video bağlantı ilə qatılmış edən Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin üç dəstək elementinə ehtiyac duyduğunu qeyd edib. Bildirib ki, bunlar müharibə davam edərkən Ukrayna vətəndaşlarının dəstəklənməsi üçün maliyyə yardımlarının ayrılması, İkinci Dünya müharibəsindən sonra tətbiq edilmiş Marşal Planına bənzər Ukraynanın genişmiqyaslı yenidənqurma planına hazırlıq və Ukraynaya dərhal Avropa İttifaqı namizədi statusunun verilməsidir.
Ukraynanın xarici işlər naziri Denis Şmıqal qeyd edib ki, ölkəsi fevralın 24-də Rusiya işğalının başlamasından sonra 12 milyard dollar həcmində silah və maliyyə yardımı əldə edib.