Kriminal

Ülviyyə Alovlu barəsində cinayət işi başlandı

Ülviyyə Alovlu barəsində cinayət işi başlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Ülviyyə Alovlu barəsində cinayət işi başlanıb. 

7times.az xəbər verir ki, bu barədə uzun müddətdir Ülviyyə Alovlu ilə aralarında qalmaqal yaşanan ictimai fəal Bəxtiyar Hacıyev məlumat yayıb.

“Nəhayət ki, uzun prosesdən, 5 dəfə uzadılaraq keçirilən hazırlıq iclaslarından sonra Yasamal Rayon Məhkəməsi Muradova Ülviyyə (Alovlu) Niyaz qızına qarşı Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilməsi tələbi ilə verdiyim xüsusi ittiham qaydasında şikayəti icraata götürərək baxışa verdi. Hazırda Ülviyyə Alovlu bu iş üzrə təqsirləndirilən şəxs statusundadır”, deyə ictimai fəal bildirib.

Bəxtiyar Hacıyev bildirib ki, onun şikayəti əsasında Yasamal Rayon Polis İdarəsində Ülviyyə Alovlu barəsində cinayət işi başlanıb:

“Ülviyyə Alovlunun son məhkəmə iclasında zalda şüşə stəkan, məhkəmənin telefon dəstəyini və digər əşyaları atması faktları ilə bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb. Yasamal Rayon Məhkəməsi əvvəlcə təhlükəsizlik kameralarının görüntülərinin yadda saxlanmadığını iddia edərək gizlətməyə çalışsa da, sonradan görüntüləri polisə təqdim edib və cinayət işinə əlavə edilib”.