İdman

Ümumdünya Şahmat Olimpiadası: Millimiz maksimum nəticə ilə başladı

Ümumdünya Şahmat Olimpiadası: Millimiz maksimum nəticə ilə başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Şahmat Olimpiadasında “Top-divizion”un oyunlarına start verilib. 

7times.az “Report”a istinadla xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan millisi də ilk görüşlərini keçirib.

Komanda onlayn yarışın birinci günündə Niderland, Macarıstan və Cənubi Afrika Respublikasının yığmaları ilə üz-üzə gəlib.

Milli hər üç görüşdə qələbə qazanıb və qrup lideri olub. Bu qrupda, həmçinin Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç və Fransa milliləri də yer alır.

Hər qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Azərbaycan – Niderland – 3,5:2,5

Şəhriyar Məmmədyarov – Aniş Giri – 0:1

Teymur Rəcəbov – Yorden Van Forest – 1:0

Günay Məmmədzadə – Jaoqib Penq – 1:0
Gülnar Məmmədova – Anne Haast – 0,5:0,5

Vüqar Əsədli – Maks Varmerdam – 0:1

Xanım Balacayeva – Maçteld Van Forest – 1:0
Azərbaycan – Macarıstan – 5:1 

Teymur Rəcəbov – Viktor Edroş – 1:0

Rauf Məmmədov – İmre Baloq – 1:0

Günay Məmmədzadə – Petra Papp – 1:0

Gülnar Məmmədova – Anita Qara – 0,5:0,5

Vüqar Əsədli – Adam Kozak – 0,5:0,5

Xanım Balacayeva – Dorina Demetr – 1:0

CAR – Azərbaycan – 0,5:4,5 

Kenni Solomon – Rauf Məmmədov – 0:1

Daniel Barriş – Qədir Hüseynov – 0:1

Çarliz Van Zil – Türkan Məmmədyarova – 0,5:0,5

Rebekka Silkirk – Ülviyə Fətəliyeva – 0:1

Benele Mhanqo – Aydın Süleymanlı – 0:1

Nina Marais – Gövhər Beydullayeva – 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasına avqustun 30-da yekun vurulacaq.

Turnir cədvəli

1. Azərbaycan – 6 xal

2. Ukrayna – 5 xal

3. Slovakiya – 4 xal

4. Macarıstan – 4 xal

5. Qazaxıstan – 3 xal

6. İspaniya – 3 xal

7. Fransa – 2 xal

8. Norveç – 2 xal

9. Niderland – 1 xal

10. CAR – 0 xal