Aktual

Uşaq evində böyüyən şəhid Səbuhinin qardaşından təsirli sözlər: “Bir kəlmə dedi ki, qardaşının qisasını almışıq”

Uşaq evində böyüyən şəhid Səbuhinin qardaşından təsirli sözlər: “Bir kəlmə dedi ki, qardaşının qisasını almışıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər qardaşıma zəng etdim telefonu başqası açdı, bir kəlmə dedi ki, qardaşının qisasını almışıq.

7Times.az Trend-ə istinadən xəbər verir ki, bunu şəhid Səbuhi Əhmədovla birlikdə uşaq evində böyüyən qardaşı Sənan Əhmədov deyib.

O bildirib ki, onların iki yaşı olanda valideynləri vəfat edib və onlar SOS kəndində böyüyüblər:

“Hərbiyə gedəndə həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Gizir idi. Həmişə dediyini edərdi. 3 gün olardı zəng etmişdi ki, düşmən tərəfdə atışma var. Elə həmin günün səhəri zəng elədi, danışdıq. Dedi tez aç, imkan olmayacaq. Sentyabrın 13-ü zəng elədim artıq qardaşım şəhid olmuşdu. 25 yaşı var idi. Qardaşımla fəxr edirəm, amma onsuz mənə çox çətin olacaq”.