Maqazin

“Uşaqlarımı məndən alıblar” – Mətanət İsgəndərlinin gəlini

“Uşaqlarımı məndən alıblar” – Mətanət İsgəndərlinin gəlinibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimlə gəlini Canana arasında qalmaqal bitmək bilmir.

7times.az xəbər verir ki, ötən gün növbəti məhkəmə prosesi baş tutub. Canana bildirib ki, hakim yenə də rəsmi boşanma qərarını təsdiqləməyib.

O, Axşam.az-a açıqalmasında iyulda baş tutan məhkəmədə uşaqları ondan alınaraq atasına verildiyini deyib:

“Məhkəmədə uşaqlardan soruşdular ki, kiminlə qalmaq istəyirsiniz. Onlar da atalarını dedilər. Orada psixoloq yox idi, uşaqlarla həkim söhbət etmədi. Elə necə gəldi soruşdular və övladlarımı məndən aldılar. Onları hərdən görürəm. Böyük oğlum Tuncay mənimlə qaldı. Kirayədə qaldığımız evin pulu aylardı ödənmədiyi üçün ordan çıxdıq. Uşaq qardaşımgildə qalır.

Ruhlan və qızım isə atasıyla qalır. Mətanət İsgəndərli və Kərim bütün günü orda-burda olur, uşaqlar evdə köməkçiylə oturur. Qızımın saçlarını kəsdiriblər, o da depressiyaya düşüb. Bunu da mənim acığıma ediblər. çünki bilirdilər ki, icazə vermirəm. Uşaq mənimlə görüntülü belə danışmır, kompleks edir.

Məhkəməni uzadırlar, indi də sentyabrın 6-da olacaq. Rəsmi boşamırlar. Qarşıma şərtlər qoyulub. Evim olmadığı üçün uşaqlarımı da məndən alıblar”.

Qeyd edək ki, Canana bir neçə ay əvvəl Kərimin uşaqlara baxmadığını, kirayədə yaşadıqlarını deyib. Cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.