Maqazin

“Uşaqların müalicəsinə 75 min lazım idi, Zaur dedi ki, efirdə 150 min deyin” – ŞOK İDDİA + VİDEO

“Uşaqların müalicəsinə 75 min lazım idi, Zaur dedi ki, efirdə 150 min deyin” – ŞOK İDDİA + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azad Azərbaycan telekanalında yayımlanan “Bizimləsən” layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət var. 

 

Sfera.az xəbər verir ki, şikayətçi Cəfərova Rəmziyyə adlı hərbçi xanımı olub. 4 övladı olduğunu, 2 uşağının isə ürək qüsurlu doğulduğunu bildirən çarəsiz ana sözügedən verilişə kömək üçün üz tutub. Ona uşaqlarının əməliyyatı üçün 75 min manat pul lazım olub.

Lakin qadının dediyinə görə, Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyini tapşırıb. “Mən razı olmadım. Daha onra bizi efirə buraxdı. Bir neçə ailə üçün bir karta pul yığılmasına razılıq verdik. Karta 180 min manat pul yığıldı. Amma bizə köməklik edilmədi”,- deyə qadın Xural TV-nin efirində danışıb.