Ölkə

Uzunoba kənd sakinləri ilə növbəti görüş – FOTOLAR

Uzunoba kənd sakinləri ilə növbəti görüş – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Uzunoba kəndində səyyar qəbul keçirib.
Görüşdə Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Baraxum, Xəzərli,Şıxlı, Məçidoba,Şərifoba,Tikanoba və Yataqoba sakinlərinin müraciəti dinlənilib.
“7Times.az” xəbər verir ki,sakinlər qaz təchizatının bərpası, elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və digər müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Gülay
7Times.az