“Vaqner” xüsusi hərbi təşkilatının üzvləri yenidən Ukraynaya qayıdıb.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlar xüsusilə qızğın döyüşlərin getdiyi Baxmut şəhəri ətrafında toplaşırlar: “Görünür, burada onların təcrübəsinə ehtiyac var”.
Qeyd edək ki, bu il iyunun 24-də uğursuz hərbi qiyam cəhdindən və təşkilatın rəhbəri Yevgeni Priqojinin ölümündən sonra “vaqner”çilər Ukraynadan çıxmışdı.
Follow @7timesaz