Manşet

Vətən müharibəsi xronikası: 5 noyabr

Vətən müharibəsi xronikası: 5 noyabrbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

7times.az Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.

– Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Goranboy, Tərtər və Ağcabədini atəşə tutub.

– Erməni təcavüzü nəticəsində ölən mülki şəxslərin sayı 92 oldu.

– Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutub.

– Düşmənin döyüş meydanında atıb qaçdığı yeni hərbi texnikaların videogörüntüsü yayılıb. Düşmənin Tonaşendəki hərbi infrastrukturu darmadağın edilməsinin videogörüntüləri yayılıb.

– Füzuli və Xocavəndin işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb.

– Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya s