Aktual

“Vətəni müdafiə edə bilmirsinizsə, o zaman düşməni İrəvanda qarşılamağa hazır olun” – Saqatelyan

“Vətəni müdafiə edə bilmirsinizsə, o zaman düşməni İrəvanda qarşılamağa hazır olun” – Saqatelyanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol deyəcək ki, Ermənistanı xilas etmək üçün Qarabağdan imtina edək, sonra Vayots Dzoru xilas etmək üçün Zəngəzurdan imtina edək”.

7Times.az  xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan “Yerkir Media” telekanalının studiyasında deputat Qeqam Manukyanla söhbətində deyib.

“Əgər siz vətəni müdafiə etməyə hazır deyilsinizsə, xalqı və ordunu ruhdan salmaq üçün hər şey edirsinizsə, o zaman düşmənlə İrəvanda qarşılaşmağa hazır olmalısınız.

Mövcud hökumətin siyasəti nəticəsində Cermukda (Dərələyəz mahalı) bir neçə ay əvvəl təsəvvür edə bilmədiyimiz bir türk çıxdı. Biz bu təhlükəni xalqa çatdırmalıyıq, xalq ayağa qalxmalıdır. Bu çətin vəziyyətdə bunu edə bilməsək, dövlətçiliyimizi itirəcəyik, bu, şişirtmə deyil.

Nikol isə dinc gündəmlə cəmiyyəti sərsəmləşdirməyə çalışacaq. Deyəcək: başqa yol yoxdur, çıxış yolu yoxdur, Ermənistanı xilas etmək üçün Qarabağdan əl çəkək. Sonra deyəcək ki, Vayots Dzoru saxlamaq üçün Zəngəzurdan əl çəkək. Kotaykı saxlamaq üçün Vardenisi verək, ta ki İrəvana qədər. Bu reallıqdır. İnsanların baş verənlərdən tam xəbərdar olduğuna əmin deyiləm”, – Saqatelyan deyib.

Saqatelyanın sözlərinə görə, hazırda cəmiyyətdə ciddi bir formul var: Qərb və ya Rusiya, amma özümüzü necə müdafiə edəcəyimizlə bağlı müzakirə aparılmır. Bundan sonra biz hansı ölkələrin təhlükəsizlik maraqlarının üst-üstə düşdüyünü anlamalı, münasibətləri ona uyğun qurmalıyıq.

“Əgər biz Vətənimizi müdafiə etməsək, bunu bizim yerimizə heç kim etməyəcək. Dünyada elə bir dövlət yoxdur ki, hökuməti öz ölkəsinin müdafiəsini təşkil etməyə hazır olmasın, kimsə bunu onun üçün etsin.

Nikol öz siyasəti ilə vəziyyəti o həddə çatdırıb ki, müxalifətçilər orduya çağırılacaq, bununla da orduda xidməti, vətəni müdafiəni cəzaya çevirəcəklər. Arxasında satqınların olduğunu bilən əsgər sərhədləri tam qoruya bilməz”, – o bildirib.

Onun sözlərinə görə, tezliklə Paşinyan bəyan edəcək ki, Rusiya, İran və Qərb kömək etmir, Ermənistanı saxlamaq üçün Qarabağ təslim olmalıdır:

“Biz bunun qarşısını almalıyıq və bunun üçün resurslar var, müttəfiqlər var və bütün imkanlar var”.

KONKRET.az