İdman

Vilayət Eyvazov Bəxtiyar Abbasova rütbə verdi

Vilayət Eyvazov Bəxtiyar Abbasova rütbə verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı MMA idmançısı Bəxtiyar Abbasova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən polis kapitanı rütbəsi verilib.

Bu barədə 7times.az-a idmançının qardaşı, MMA ustası Şəhriyar Abbasov məlumat verib. O bildirib ki, Bəxtiyar Abbasov 10 ilə yaxındır polis orqanlarında çalışır.

Ş.Abbasov qeyd edib ki, rütbənin vaxtından əvvəl təqdim olunmasına səbəb 44 günlük Vətən Müharibəsində işitrak etməsidir.

Qeyd edək ki, Bəxtiyar Abbasov Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkilidir.

O döyüş sambosu üzrə millimizin üzvlərindəndir.B.Abbasov WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu, pankration, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur.