Kikboks üzrə dəfələrlə dünya və Avropa çempionu, beynəlxalq idman ustasıı, əməkdar məşqçi Eduard Məmmədova yeni vəzifə verilib.
7times.az xəbər verir ki, bu barədə Unikal.org-a “Ağ canavar” ləqəbli idmançı özü məlumat verib:
“Dünən məni daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qəbul etdi.
Nazirin müvafiq əmrinə əsasən DİN-nin İdman Cəmiyyətində baş inspektor vəzifəsinə təyin edildim. İşim təkcə idmançılarla deyil. Mən həmçinin polislərin də fiziki hazırlığına nəzarət edəcəm. Cənab nazirə təşəkkür edirəm. O daim idmançıları diqqətdə saxlayır”.
Follow @7timesaz