Daxili İşlər Nazirliyinin Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinə yeni rəis təyin edilib.
7Times.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polkovnik-leytenant Elçin Xasiyev təyin olunub. E.Xasiyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini icra edib.
Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev bir müddət əvvəl təqaüdə göndərilib.
Bununla bağlı ilk məlumatı “bizim.media” yayıb.
Follow @7timesaz