Maqazin

Vüsalə Əlizadə “Həyat”ından ŞEİR YAZDI

Vüsalə Əlizadə “Həyat”ından ŞEİR YAZDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur teleaparıcı Vüsalə Əlizadə yeni layihəsi ilə pərəstişkarlarını sevindirib.

7times.az xəbər verir ki, gözəl aparıcı öz yazdığı “Həyat” adlı şeiri təqdim etməyə hazırlaşır. Əlizadə şeirinə möhtəşəm klip də çəkdirib. Həyatdan götürülmüş motivlər əsasında lentə alınan klipin rejissoru isə Nail Naiboğludur.

“Həyat” klipində məşhur simalar ilə yanaşı, Xalq artisti Nübar Novruzova və Vüsalə Əlizadənin qızı Dilək də yer alıb.

Klipinin təqdimat vaxtı təsadüfi seçilməyib. Belə ki, məşhur aparıcının Dializ (kəskin böyrək çatışmazlığı) xəstəliyindən qurtulması məhz 15 mart tarixində olub. “Mən həyata ikinci dəfə gəldim” – deyən aparıcının şeirinin adının “Həyat” olması da bununla bağlıdır.

Hazırda ekranların ən reytinqli proqramlarından olan “7 Canlı”nın aparıcısı olan Vüsalə Əlizadə, yeni layihəsinin də təqdimatını bu axşam canlı yayımda edəcək.

Həmçinin maraqla gözlənilən, “Həyat” klipi 15 Martdan etibarən Vüsalə Əlizadənin şəxsi “YouTube” kanalında da yayımlanacaq.

Elmir Kərimli