“Xəzər” televiziyasında Vüsalə Əlizadənin təqdimatında yayımlanan “İncə səhər” verlişində qalmaqal yaşanıb.
7Times.az xəbər verir ki, verilişin qonağı olan Sevil- Sevinc bacıları ilə aparıcı arasında söz davası yaşanıb. Format əsasında qonaqların əl qabiliyyətini yoxlamaq üçün bacları mətbəxə dəvət edən Vüsaləyə bacılardan sərt reaksiya gəlib:
”Biz əziyyət çəkib bu verilişə hazırlaşıb, geyinib -keçinib, bəzənib gəlmişik. Amma yemək bişirməyə yox, mahnı oxumağa. Dünəndən komandanıza da demişik, razılaşmışıq”.
Vüsalə Əlizadə isə məsələyə öz növbəsində belə aydınlıq gətirib: “Bu verilişə sizdən də böyük, xalq artistləri, əməkdar artistlər gəlib, formata uyğun yemək də hazırlayıblar. Bu bizim verilişin formatıdır. Burada aparıcı və layihə rəhbəri mənəm. Belə bir iradınız var idisə, mənə öncədən bildirərdiniz. Bu bizə hörmətsizlikdir. Yaşım da, təcrübəm də sizdən çoxdur”.
Daha sonra tərəflər arasında atmacalı söz savaşı davam edib.
AZXEBER.COM
Follow @7timesaz