Xaçmaz Rayon İcra Hakimiyyətində xidmət təşkilatlarının rəhbərlərinin, hüquq mühafizə orqanlarının nümayəndələrinin eləcədə yerli icra nümayəndələrinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədə yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli, yay mövsümündə əhalinin suya olan təlabatının ödənilməsi ilə bağlı mövcud çətinliklər əsas müzakirə mövzusu olub.Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı cavabdeh şəxslərin məruzəsini dinləyib, müvafiq tapşırıqlarını verib.İclasda həmçinin yol kənarlarının, park və xiyabanların təmiz saxlanılması, yaşıllıqlara aqrotexniki qulluq məsələsi də müzakirə olunub. Elnur Rzayev təmizlik işlərinin nəzarətdə saxlanılması və yaşıllıqların vaxtaşırı suvarılması ilə bağlı yerli icra nümayəndələri qarşısında konkret tələblər qoyub.İclasda rayon ərazisində Aşura mərasimlərin təşkilinə də toxunulub. Keçirilən dini mərasimlərə nəzarətin gücləndirilməsi və digər vacib məsələlərlə bağlı tövsiyələr verilib.
Hüseyn
7Times.az
Follow @7timesaz