Ölkə

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilatların rəhbərləri eləcədə yerli icra nümayəndənlərinin iştirakı ilə rayon sakinlərinin fərdi qaydada müraciət və təkliflərini dinləyib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər məşğulluq, səhiyyə, su, qaz və digər sahələri əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.