Ölkə

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair tədbir keçirilib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair tədbir keçirilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi, Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və Xaçmaz peşə liseyinin əməkdaşları iştirak edib. Əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətidə Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
Çıxış edənlər bildirib ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı”na əsasən məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi sisteminin formalaşdırılması, təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizə orderlərinin verilməsi və zərər çəkmiş şəxslərə zəruri yardım göstərilməsi məsələləri qarşıda duran vacib məslələrdəndir. Məişət zorakılığı törətmiş şəxslərlə qabaqlayıcı işlərin aparılması zərər çəkmiş şəxslərin və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasını mümkün edir. Tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.