Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim və tibb işçilərindən ibarət briqadanın iştirakı ilə Dədəli Həkim Məntəqəsində tibbi müayinə aksiyası keçirilib.
7Times.az xəbər verir ki, aksiyası çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (terapevt, mama-ginekoloq, pediatr, lobarant) həkimləri tərəfindən 33 nəfər müayinələrdən keçirilib, onlara ümumilikdə 45 tibbi xidmət göstərilib.
Tibbi göstəriş əsasında vətəndaşlardan labarator analizlər götürülüb, nəticəyə uyğun olaraq onlar müalicəyə cəlb olunublar.
Qeyd edək ki, kəndlərdə keçirilən “Səyyar Tibbi Xidmət” aksiyaları əhali arasında xəstəliklərin qarşısının alınması, ilkin diaqnostikası, müalicəsi, maarifləndirilməsi, azyaşlı, uşaqlar, hamilə və zahı qadınların yerində müşahidəsi və əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi məqsədilə təşkil edilir.
Səyyar tibbi müayinələr digər ətraf kəndlərdə də davam etdiriləcək.
Müşfiq Qərib
7Times.az
Follow @7timesaz